BİZNES

19 Aprel

Plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb

Yanvar-mart aylarında 117,2 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 90 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 46,4 milyon dollar dəyərində 59 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.