BİZNES

19 Aprel

Şəkər tozu ixracı artıb

Birinci rübdə 17,9 min ton şəkər tozu ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin üç ayında 2,9 milyon dollarlıq 7100 ton şəkər tozu ixrac edilib.