BİZNES

19 Aprel

KOBİA 2 istiqamət üzrə daxili bazar araşdırması aparacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün məsləhətçi seçir.

Seçim təkliflər sorğusu üsulu ilə aparılır və iki istiqaməti (“Şəkərli fındıq əzməsinin istehsalı”, “Nar sousunun istehsalı”) əhatə edir

Sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçıların təklifləri 22 aprel saat 11:00-dək qəbul olunur. Təkliflər 23 aprel saat 11:00-da açılacaq.