BİZNES

19 Aprel

Azərbaycanda daha 5 karxana hərraca çıxarılır –  QİYMƏTLƏR

Dövlət Əmlak Xidməti Goranboy rayonunda yerləşən 5 qum-çınqıl karxanasını hərraca çıxırıb.

Fins.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə əməkdaşlıq şəraitində baş tutacaq hərraca Qarauçay ərazisindəki karxanadar çıxarılacaq.

Hərracın qalibləri həmin karxanaları 25 il istismar edə biləcəklər.

Hərraca çıxarılan karxanaların sahəsi 5 hektardan 15 hektaradək dəyişir. Başlanğıc qiymət isə 22,5 min manatdan 67,5 min manatadəkdir. Hərraca qatılmaq istəyənlər bu məbləğin 10%-i qədər beh yatırmalıdırlar, hərracı uduzanlar behi götürə biləcəklər