BİZNES

16 Aprel

İnformasiya və rabitə sahəsində xidmətlərin dəyəri 2,5% ARTIB

İnformasiya və rabitə sahəsində  fəaliyyət göstərən müəssisələr tərəfindən 2021- ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 2,5 % artaraq 531,2 milyon manat təşkil edib

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun da 75,1%-i əhali tərəfindən istehlak olunub. 

 Xidmətlərdən əldə edilən gəlirin 41,2 %-i və ya 219,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. 

Müəllif: Aynur Qəniyeva