BİZNES

16 Aprel

Əsas kapitala yönəldilən vəsait AZALIB

2021-ci ilin yanvar-mart aylarında əsas kapitala 2365,2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4 % az vəsait yönəldilib.

Fins.az xəbər verir ki,neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 32,2 faiz azalıb. İstifadə olunmuş vəsaitin 1761,8 milyon manatı və ya 74,5 faizi məhsul istehsalı sahələrinə, 398,2 milyon manatı (16,8 faizi) xidmət sahələrinə, 205,2 milyon manatı (8,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1231,9 milyon manatını və ya 52,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1768,0 milyon manatı və ya 74,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 67,5 faiz, büdcə vəsaitləri 10,6 faiz, bank kreditləri 8,9 faiz, əhalinin şəxsi vəsaitləri 8,1 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil edib. 

Müəllif:Aynur Qəniyeva