BİZNES

16 Aprel

Azərbaycanda 3,9%-lik inflyasiya

2021-ci ilin mart ayında istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 0,9% artıb.

Fina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, cari ilin yanvar-mart aylarında isə illik inflyasiya 3,9% təşkil edib.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin mart ayında fevral ayı ilə müqayisədə 0,5%, 2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 2,2% artıb.