BİZNES

15 Aprel

Belarusla ticarət hər il artır: artıq 313 milyonu keçdi

Belarus Azərbaycanın 2015-ci ildən sonra qarşılıqlı ticarət dövriyyəsi hər il əvvəlki ilə nisbətən artan tərəfdaşlarındadır. 2015-ci ildə Azərbaycan ilə Belarus arasındakı ticarət dövriyyəsi 93.6 milyon dollar olsa da, bu göstərici 2016-ci ildə 124.5, 2017-ci ildə 147.7, 2018-ci ildə 203.7, 2019-cu ildə isə 227.3 milyona qalxıb.

Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

“2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da Belarusun Azərbaycan üçün vacib ticarət tərəfdaşlarından biri olmasından xəbər verir. Belarus Azərbaycanın haqq işinə də hər zaman dəstək verən dövlətlərdəndir”, - Bayramov bildirib.