Gəncə şəhərində Ukrayna məhsulları pərakəndə satış şəbəkəsinin 1-ci Ukrayna mağazası açılıb.
Fins.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz “Twitter” səhifəsində yazıb.
Səfir bildirib ki, beləliklə yüksək keyfiyyətli Ukrayna məhsullarının dadı artıq nəinki Bakı, həm də Gəncə sakinlərinə də əlcatan oldu.