BİZNES

14 Aprel

Bu gün 8 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 13-də təşkil olunmuş növbəti hərracda 8 dövlət əmlakı özəlləşdirilib.

Fins.az xəbər verir ki, bunlardan 1-i kiçik dövlət müəssisəsi, 7-si nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisəsi Şəmkir rayonunda yerləşir.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (//bit.ly/3e5BBoZ)

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.