BİZNES

14 Aprel

Bir ölkə sakini ticarət şəbəkəsində nə qədər pul xərcləyib?-MƏBLƏĞ

2021-ci ilin yanvar-mart aylarında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 25,8 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 24,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3 faiz, fərdi sahibkarlar üzrə 3,7 faiz artmış, bazar və yarmarkalarda isə 16,3 faiz azalıb. 

Müəllif: Aynur Qəniyeva