2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə, pərakəndə ticarət şəbəkələrində 5,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1 faiz artıb.
Müəllif: Aynur Qəniyeva
