20 aprel 2021-ci ildə "Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda onlayn tədbir keçiriləcək.
Fins.az xəbər verir ki,forumda Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. KOBİA-nın dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və MÜSİAD Azerbaycan-ın tərəfdaşlığı ilə keçiriləcək forumda iştirak etmək istəyən sahibkarlar müraciət edə bilər.
Müəllif:Aynur Qəniyeva
