BİZNES

13 Aprel

Qarabağın reinteqrasiyası nəticəsində ÜDM 3% artacaq

Qarabağın reinteqrasiyası nəticəsində Azərbaycanda ÜDM 3% artacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı belə hesab edir.

“Qarabağın reinteqrasiyası da iqtisadi artımda əhəmiyyətli rol oynayacaq. İİTKM-də aparılan hesablamalar göstərir ki, Qarabağın reinteqrasiyası nəticəsində ÜDM 3% artacaq”, - deyə o, Mərkəzin mətbuat xidmətinə müsahibəsində bildirib.

V.Qasımlının sözlərinə görə, eyni zamanda, kənd təsərrüfatı 10,4%, mədənçıxarma sənayesi 5,3%, emal sənayesi 4,3%, turizm 5,5%, nəqliyyat xidmətləri 4,9% artacaq.

İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in 3,4% artacağını proqnozlaşdırır.

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti qarşısında 2021-2030-cu illərdə ÜDM-i iki dəfə artırmaq vəzifəsi durur