Kanada hərbi məhsulların və texnologiyanın Türkiyəyə ixracına icazəni ləğv edib, çünki Azərbaycan Qarabağda münaqişə zamanı onlardan istifadə edib.
Bu barədə Kanadanın xarici işlər naziri Mark Qarno bəyan edib.
“Türkiyəyə ixrac olunan Kanada texnologiyalarının Dağlıq Qarabağda tətbiq olunmasına dair sübutları inandırıcı hesab edən bu təhlildən sonra mən bu gün elan edirəm ki, 2020-ci ilin payızında dayandırılan icazələr ləğv olunur”, - nazirliyin saytında dərc olunan Qarnonun bəyanatında deyilir.
Kanada bu istiqamətdə ilk addımları ötən ilin payızında atıb. O zaman Kanada hökuməti Türkiyəyə hərbi məhsulların və texnologiyaların ixracına icazəni dayandırıb. Həmin vaxt həqiqətən Azərbaycanın Dağlıq Qarabağda hərbi münaqişədə Kanada texnologiyalarından istifadə edib-etməməsi ilə bağlı istintaq aparılıb. İstintaqın gəldiyi nəticəyə görə, bu belə də olub.
“Bu, Kanadanın xarici siyasəti və Türkiyə tərəfindən son istifadə ilə bağlı təminatla uzlaşmır”, - nazirlikdən qeyd olunur