2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 90,9 faiz azalıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 9 Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 2 678 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2020-cu ilin yanvar-mart ayları ilə müqayisədə 34,3 faiz azdır.
(c)Trend