“PAŞA Holdinq” MMC-yə məxsus “PAŞA Technology” MMC-nin nizamnamə kapitalı daha 1 milyon 258 min 357 manat və yaxud 8,9% artırılıb.
Fins.az xəbər verir ki, Şirkətin kapitalı 14 milyon 100 min 100 manatdan 15 milyon 358 min 457 manata çatdırılıb.
Bu ilin yanvar ayında da “PAŞA Technology” MMC-nin nizamnamə kapitalı 1 milyon manat artırılmışdır.
Xatırladaq ki, “PAŞA Technology” 2018-ci ildə yaradılıb. Şirkət holdinqin törəmə şirkətlərini informasiya texnologiyaları xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətləri ilə təmin edir.