BİZNES

12 Aprel

Mikayıl Cabbarov rekord ixrac göstəricisi açıqladı

2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon dollar təşkil edib. 

Fins.az xəbər verir ki, bunu Tvitter səhifəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir:

"2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 dolları ötüb".