BİZNES

12 Aprel

Nazirlik 4 şirkətdən 24 milyon manatlıq geyimlər aldı

Daxili İşlər Nazirliyinin Maddi -Texniki Təminat Baş İdarəsi keçirdiyi tenderdə qalib elan etdiyi 4 şirkətdən 24 milyon 315 min 782 manatlıq geyimlər alıb.

Fins.az xəbər verir ki, Baş İdarə "AVANQARD-E.H." MMC-dən 6 milyon 839 min 614 manat dəyərində baş geyimləri, alt paltarları, yataq ləvazimatları, fərqlənmə nişanları və paqonlar, "BAKI TİKİŞ EVİ" ASC-dən 6 milyon 954 min 800 manat dəyərində palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubkalar, "BLACK RAMS UNİFORM" MMC-dən 6 milyon 663 min 56 manat dəyərində isti qış gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər, yay örtüyü, "ELMANADO" MMC-dən 3 milyon 858 min 312 manat dəyərində ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışı alıb.