BİZNES

08 Aprel

Dövlət Vergi Xidmətinin baş idarəsinə - Təyinat

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin struktur vahidində olan Vergi auditi Baş İdarəsinin yeni rəis müavini təyin edilib.

Fins.az banker-ə istinadən  xəbər verir ki, Mirzə Mirzəyev Vergi auditi Baş İdarəsinin rəis müavini təyin edilib.

O, 2018-ci ilin noyabrında Vergilər Nazirliyinin adıçəkilən idarəsinə müfəttiş kimi gəlib, 2020-ci ilin yanvarında adıçəkilən idarənin strukturunda olan şöbədə müdir kimi çalışıb.

M.Mirzəyev 2017-ci ilin yanvarından 2018-ci ilin avqustuna qədər Təhsil Nazirliyində Daxili auditin rəhbəri kimi çalışıb.

O, Bakı Dövlət Universitetində İqtisadi kibernetika üzrə bakalavr, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.