BİZNES

08 Aprel

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası Moskvada keçiriləcək

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın növbəti iclası cari ay Moskvada keçiriləcək.

Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bəyan edib.

“Hökumətlərarası Komissiyanın iclası apreldə Moskvada əyani formada keçiriləcək”, - Mirsayapov “Lavrina ilə diskurs” YouTube kanalında bildriib.

Onun sözlərinə görə, Komissiyanın iclasında iqtisadi gündəliyin əsas məsələləri müzakirə olunacaq. “Hazırda Rusiya və Azərbaycan tərəflərindən Hökumətlərarası Komissiyanın katiblikləri əsas istiqamətlərin qeyd olunacağı yekun sənədi razılaşdırır. Deyə bilərəm ki, sözsüz ki, sənaye sektorunda qarşılıqlı münasibətlər əsas məsələlərdən olacaq, bu həmçinin, o cümlədən Azərbaycan ərazisində yeni birgə istehsalın təşkilinə aiddir. Həmçinin gələcəkdə gömrük orqanlarının fəaliyyətinin aktivləşməsi yolu ilə qarşılıqlı mal mübadiləsinin sadələşdirilməsinə dair fikir mübadiləsi baş tutacaq”, - o qeyd edib.

Mirsayapov vurğulayıb ki, 2020-ci ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dpvriyyəsinin həcmi $2 milyard 671 milyon 545,75 min təşkil edib və RF Azərbaycanın sayca 3-cü xarici ticarət tərəfdaşıdır. Həmçinin, Azərbaycan məhsullarının ixracı $709,39 milyon, Rusiya məhsullarının idxalı - $1 milyard 962 milyon 155,68 min təşkil edib

(c)interfax