BİZNES

08 Aprel

Özbək şirkətləri ilə quru meyvələrin Ələt Azad İqtisadi Zonasında qablaşdırması müzakirə edilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində "İNNOPROM: Özbəkistanda Böyük Sənaye Həftəsi" sərgisi keçirilir.

Fins.az xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri  “Hakan Aqro Invest”, “Sunny Land Products” (Bonaf), “Eximsol” şirkətləri ilə Ələt Azad İqtisadi Zonasında və ya sənaye parklarında Özbəkistan istehsalı olan quru meyvələrin qablaşdırmasının həyata keçirilməsi və 3-cü ölkələrə ixrac olunması imkanları barədə müzakirələr aparılıb.

Məlumatda həmçinin, "Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə təşkil edilmiş görüşdə isə investisiyaların cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb, birgə potensial investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunub."-deyə  qeyd olunub. 

Müəllif: Aynur Qəniyeva