Fiziki şəxslərin hər biri üzrə 16- 116 ədəd intervalında mobil telefon, 22 ədəd ziyafət geyimi və s. idxal edilməsinə baxmayaraq, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kimi dövlət qeydiyyatına alınması təmin edilməyib.
Bu Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində (İdarə) inzibatçılığın təşkili vəziyyətinin auditi ilə bağlı hesabatında qeyd olunub.
Auditlə əhatə olunan dövrdə 513 fiziki şəxs tərəfindən kommersiya fəaliyyətinin məqsədləri üçün nəzərdə tutulmuş malların (o cümlədən, fiziki şəxslərin hər biri üzrə 16- 116 ədəd intervalında mobil telefon, 22 ədəd ziyafət geyimi və s.) idxal edilməsinə baxmayaraq, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kimi dövlət qeydiyyatına alınması təmin edilməyib.
Qeyd edək ki, audit 2019-cu il və 2020-ci ilin yanvar-aprel aylarını əhatə edib.
Müəllif: Aynur Qəniyeva
