BİZNES

02 Aprel

Mikayıl Cabbarov: Azərbaycanın strateji ehtiyatları ÜDM-in 120%-nə ekvivalentdir

2021-ci il martın 1-nə Azərbaycanın strateji ehtiyatları $51 milyardı ötür. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.

“2021-ci il martın 1-nə Azərbaycanın strateji ehtiyatları $51 milyardı ötür, bu da 2020-ci il ərzində ÜDM-in 120%-nə ekvivalentdir”, - Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın strateji ehtiyatları ölkənin xarici borcunun məbləğini 5,8 dəfə ötür.