BİZNES

31 Mart

“Azexport”a 89 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub

2021-ci ilin yanvar-fevral aylarının yekunları üzrə “Azexport.az” portalına 89,2 mln. dollar ümumi məbləğdə ixrac sifarişləri daxil olub.

Fins.az xəbər verir ki,bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Yanvarda sifarişlərin həcmi 53,9 milyon dollar fevralda – 35,3 milyon dollar təşkil edib. 2020-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 610,7 mln.dollar təşkil edib və 2019-cu illə müqaisədə 2,5% artıb.

Müəllif: Aynur Qəniyeva