Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2021-ci ilin yanvar-fevral aylarında 56 milyon 280 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, ixracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 340 min 900 ABŞ dolları təşkil edib, 18 milyon 401 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.