2021-ci ilin əvvəlindən 1.776-sı yerli investisiyalı olmaqla 1.910 kommersiya qurumu dövlət qeydiyyatına alınıb.
Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib
Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb.
Yerli investisiyalı qurumların dövlət qeydiyyatının sayının artması bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib. Belə ki, yerli investisiyalı qurumlar üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron qeydiyyatın sayı 18,7 faiz artıb, kağız daşıyıcıda müraciətlər əsasında aparılmış qeydiyyatın sayı isə 9 faiz azalıb. Bu vergi ödəyicilərinin qeydiyyat prosesi zamanı daha sürətli və asan həyata keçirilən elektron qeydiyyat sisteminə üstünük verməsi ilə əlaqədardır