BİZNES

18 Mart

Azərbaycanda neçə vergi ödəyicisi var?-RƏSMİ AÇIQLAMA

Bu il martın 1-nə Azərbaycanda uçotda olan 1 231 572 vergi ödəyicisinin 87,7 %-i fiziki, 12,3 %-i hüquqi şəxs və digər təşkilatlar olub.

Bu barədə fins.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 161 080 vahid (115,1 %) artıb ki, bunun da 94,5 %-i fiziki, 5,5 %-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı əsasən kommersiya qurumları hesabına artıb (müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 6,8 % artıb).

Müəllif:Aynur Qəniyeva