BİZNES

18 Mart

“Azhazelnut” fındıq emalı zavodunun məhsul ixracına dəstək göstərilməsi ilə bağlı müzakirələr

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara fərdi yanaşma prinsipi ilə xidmət göstərilməsini davam etdirir.

  Fins.az xəbər verir ki,  AZPROMO-nun əməkdaşları “Azhazelnut” şirkətinin fındıq emalı fabrikində istehsal prosesi ilə tanış olub, məhsul ixracına dəstək göstərilməsi ilə bağlı müzakirələr aparıblar.