BİZNES

17 Mart

Gömrük Komitəsi bayram günlərində gücləndilmiş iş rejimində işləyəcək

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb

Məlumatda "Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.-deyə bildilir 

Komitə xarici ticarət iştirakçılarının mal və nəqliyyat vasitələrinə gömrük ödənişlərinin edilməsinə aydınlıq gətirilərək "Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər"-deyə qeyd edilib. 

Müəllif: Aynur Qəniyeva