BİZNES

17 Mart

Bakı dünyanın ən iri maliyyə mərkəzləri reytinqində 107-ci yerdədir

Nyu-York dünyanın ən iri maliyyə mərkəzləri reytinqinin lideri olaraq qalır. Reytinq Z/Yen Group Ltd. maliyyə konsaltinq şirkəti tərəfindən yarım ildən bir dərc olunur.

Nyu-York ikinci mövqedə qərarlaşan Londonu 21 bənd geridə qoyur. Öz növbəsində, üçüncü yerdə olan Şanxay Britaniyanın paytaxtından cəmi bir bənd geri qalır. Bu barədə Global Financial Centres Index (GFCI) indeksinin məlumatları xəbər verir.

Reytinqdə Bakı doqquz mövqe geriləyərək 107-ci yerdə qərarlaşıb.  

Moskva beş mövqe irəliləyərək hazırda 57-ci yerdə qərarlaşıb.

Ən iri maliyyə mərkəzləri indeksi ilk dəfə 2007-ci ildə dərc olunub və yarım ildən bir yenilənir. Hazırki buraxılışı sayca 29-cu olub, bura 114 şəhər daxildir. Son reytinq 10,8 min respondent arasında aparılan sorğu əsasında tərtib olunub