BİZNES

17 Mart

Mikayıl Cabbarov: Pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon manat

Yeni nəsil e-kassa aparatlarının tətbiqi ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib.

Fins.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2020-ci ilin ilk rübündə marketlərdə e-kassa çeki üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon manat, ikinci rübdə 192 milyon manat, üçüncü rübdə 209 milyon manat, dördüncü rübdə 222 milyon manat olub.