BİZNES

16 Mart

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,2% azalıb

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $332 milyon 561,21 min təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 4,2% azdır.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

2021-ci ilin 2 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,56%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə Azərbaycan Rusiyaya $89 milyon 117,96 min dəyərində (azalma 3,6%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 3,2%-i Rusiyanın payına düşüb.