Kriptovalyutanın populyarlığının və insanların rəqəmsal ödənişlərə marağının artması ilə bağlı “Şirin Su ” kriptovalyuta ilə ödəniş imkanını təqdim edib.
Fins.az xəbər verir ki, bunu “Şirin Su” şirkətinin direktor müavini Cavid Quliyev deyib
O son günlər şirkətin müştərilərə kriptovalyuta ilə ödəniş edilmə imkanı yaratmağı ilə bağlı kampaniyası barədə məlumat verərkən bildirib ki, kriptovalyuta ilə ödəniş imkanını təqdim etdikdən sonra artıq 2 müştəri tərəfindən kriptovalyuta ilə ödəniş edilib. Şirkətə bitkoinlə deyil altkoinlərlə ödəniş edilib.
Direktor müavini müştərilərin kriptovalyuta ilə ödəniş etmə mexanizmini açıqlayaraq “Müştərilər sifariş verdiyi zaman kriptovalyuta ilə ödəniş etdiyini etmək istəyini ifadə edir. Hazırda ölkəmizdə kriptovalyuta ilə ödənişin reallaşdırılması ilə bağlı heç bir qanun olmadığı üçün kriptovalyuta ilə ödniş edilərkən həmin kriptovalyuta şirkətimizin "Binance"-dakı hesabına köçürülür daha sonra konvertasiya olunaraq bank hesabımıza transfer edilir.”-deyə qeyd edib.
Cavid Quliyev Kompaniyaya təxminən bir həftədir ki, start verildiyini qeyd edərək “ “Şirin Su ” olaraq fəaliyyətimizi son tələblərə uyğunlaşdıraraq, innovasiyaların tətbiqini hər zamana diqqət mərkəzində saxlayırıq”-deyib.
Müəllif: Aynur Qəniyeva