BİZNES

16 Mart

Azərbaycanın xarici ticarət dövriyyəsi AZALIB

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayları ilə müqayisədə 12,6% azalaraq 4 399 969,5 min ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,  Azərbaycan xarici ölkələrə 2 787 994,38 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 1 611 975,11 min. dollar olub. Nəticədə, 1 176 019,3 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.