BİZNES

16 Mart

Avropa şirkətləri Azərbaycanda gömrük və məhkəmə sistemində islahatların davam etdirilməsinə ümid edir

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə fəaliyyət göstərən şirkətlər ölkə üçün zəruri olan əsas islahatları qeyd ediblər.

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) tərəfindən hazırlanan 2020-ci il ərzində Azərbaycanda biznes mühit üzrə hesabatda respondentlərin 51%-i ədliyyə sisteminin şəffaflığının artırılmasının zəruriliyi, 43%-i – gömrük sisteminin gələcəkdə təkmilləşdirilməsi və effektiv fəaliyyətinin zəruriliyini qeyd ediblər.

Bundan başqa, respondentlərin 41%-i maliyyə sektorunun dayanıqlığının təminatı və maliyyəyə çıxışın yaxşılaşdırılmasının zəruriliyini, hərəsi 39% olmaqla – vergiqoyma və vergi inzabitçılığının gələcəkdə təkmilləşdirilməsi, həmçinin gələcək rəqəmsallaşma və elektron idarəetmənin inkişafının zəruriliyini qeyd ediblər.

“2020-ci ildə respondentlərin yarısından çoxu məhkəmə sistemində gələcək islahatları prioritet olaraq seçiblər. Son iki il ərzində hökumət bəzi addımlar atıb, lakin biznes əvvəlki kimi, bu mənada mühüm dərəcədə yaxşılaşma hiss etmir. Yenidən yaradıaln kommersiya məhkəmələrin səmərəli fəaliyyətinin təminatı vəhüquqiəsaslarıtətbiqedənmexanizmlərinvə institutların təkmilləşdirilməsi üçün əlavə tədbirlər lazımdır. Avropa şirkətləri inzibati yükdən qurtulmaq və nazirlik tərəfindən nəzarət edilən müəssisələrdə bürokratik məqamların azaldılmasını gözləyirlər”, - hesabatda qeyd olunur.

Respondenlətin rəyinə görə, 2015-2016-cı illərdə böhrandan sonra Azərbaycanın maliyyə sektorunun dayanıqlığı artıb, lakin biznes bəzi aspektlər üzrə yaxşılaşma göləyir. “İlk növbədə, bank sektorunun gələcək dayanıqlığının təminatı vacibdir. Bundan başqa, maliyyəyə çıxışın sadələşdirilməsi, yerli bankların beynəlxalq əlaqələrinin yaxşılaşdırılması və rəqabət qabiliyyətli bank xidmətlərinin yüksək səviyyədə əlçatanlığı zəruridir”, - hesabatda deyilir.