BİZNES

15 Mart

Bu ərzaqlar daha çox BAHALAŞIB

2021-ci ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından bir çoxlarının qiyməti  daha çox bahalaşıb

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə,bahlaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub.

Həmçinin bildilir ki, "Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib"-deyə qeyd olub. 

Müəllif: Aynur Qəniyeva