BİZNES

15 Mart

Ödənişli xidmətlər nə qədər BAHALAŞIB ?

2021-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 faiz təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə əvvəlki ilin fevral ayına nisbətən 103,3 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması, habelə paltarların təmiri, ictimai iaşə, tibbi və stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. 

Həmçinin "Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib"-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva