BİZNES

15 Mart

Mikayıl Cabbarov: Qeyri-neft emal sənayesi 18,0% artıb

2021-ci ilin yanvar ayı üzrə Azərbaycanın qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 1,028 mln. manat təşkil edib

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 12,8% artıb.Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,0% artıb.