BİZNES

15 Mart

Azərbaycanda inflyasiya 3,7%  OLUB

2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-fevral aylarına nisbətən 103,7 % təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 %, qeyri-ərzaq məhsulları üzrə 103,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3% təşkil edib.

Həmçinin "cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 104,2 faiz təşkil edib."-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva