Xüsusi karantin rejimində abunəçilərə evlərini tərk etmədən "Nar" mərkəzlərindəki bir çox xidmətləri təqdim edən “Səyyar Nar” vasitəsilə 400-ə yaxın müştəriyə birbaşa ünvanlarında xidmət göstərilib.
Fins.az xəbər verir ki, narsim.az vebsaytı üzərindən isə 7500-də artıq abunəçi almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən yararlanıb.
Qeyd edək ki, abunəçilər evlərini tərk etmədən SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları, ASAN İmza xidmətinin aktiv edilməsi və digər xidmətlər üçün “Səyyar Nar”a müraciət edə bilərlər.