Karantin rejimi müddətində "Nar" müxtəlif kanallar vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib.
Fins.az xəbər verir ki,bunu Nar-ın baş icraçı direktoru Gunnar Pahnke 2020-ci ilin yekunları ilə bağlı hesabatında deyib.
O bildirib ki ,2020-ci il ərzində ümumilikdə 150-dən çox yeni baza stansiyası quraşdırılıb ki, bununla da 4G baza stansiyalarının sayı 2700-ü, 3G baza stansiyalarının sayı isə 2800-ü ötüb.
O həmçinin "Hazırda şəbəkədə ümumi internetin təxminən 84%-i LTE-A texnologiyalara stansiyası üzərindən verilir. Ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 33% artıb. Bu göstərici üzrə xüsusi artım isə 52%-lə bölgədən olan istifadəçilərin payına düşür."-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva