BİZNES

10 Mart

Gömrük Komitəsinin topladığı vergi və rüsumlar 10%-dən çox azaldı

Bu ilin yanvar-fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 593 milyon 404 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

DGK-nın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azalaraq 158 milyon 832 min manat təşkil edib.

Həmçinin, yanvar-fevral aylarında ƏDV üzrə daxilolmalar illik müqayisədə 12,3% azalaraq 408 milyon 553 min manata enib.

Aksizlər üzrə bu göstərici 2021-ci ilin yanvar-fevral aylarında illik 3,8% artaraq 20 milyon 245 min manat, yol vergisi üzrə daxilolmalar isə illik 19,1% azalaraq 5 milyon 774 min manat təşkil edib.

(c)APA