BİZNES

10 Mart

Nəfəs alan, yanmaz divar materialı- Gobustone

Məhsullar istilik izolyasiya performansı ilə mineral əsaslı, yanmaz divar materialdır.
Fins.az xəbər verir ki,Gobustone hörgü blokları öz məsaməli quruluşları ilə yüksək keyfiyyətli istilik izolyasiyasına və yüksək yükgötürmə qabiliyyətinə malikdir.
2011-ci ildə əsası qoyulan AAC MMC Azərbaycanda "gobustone" brendi altında yüksək keyfiyyətli müasir məsaməli hörgü blokları və əhəng istehsalına böyük sərmaye yatırmış Azərbaycan şirkətidir.
"Gobustone” MMC şirkəti Almaniyanın “Wehrhahn“ firmasının orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında hazırlanan məsaməli beton bloklarının satışını həyata keçirir.
Zavodunun gündəlik istehsal gücü 600 m3 qazobeton və 100 ton həcmində yüksək keyfiyyətli əhəng istehsal etməyə imkan verir. Zavodda laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. 
Ölkəmizdə bir sıra irimiqyaslı layihələrin tikintisində Gobustone markasının məhsulları istifadə olunub. Beləki, Paytaxt Bakıda “İdman Sarayı” kimi tanınan Əl Oyunları Sarayı, Azərbaycanın ən böyük səhiyyə binası olan Milli Sağlamlıq Mərkəzi, Triumf Palace-ın tikintisində yüksək keyfiyyətyli məhsul dəyəri olan yanmaya davamlı məhsullardan istifadə edilib.
Gobustone istehsal etdiyi məhsullar su buxarını özünə çəkmək qabiliyyəti ilə binanın nəfəs almasına kömək edir.

Məlumat üçün bildirək ki,  2021-ci ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 41,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 21,2% artıb.

 Tikinti gipsinin istehsalı 2,8 dəfə, tikinti əhənginin istehsalı 52,4%, sementin istehsalı 21,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 16,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,3% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 10% azalıb. 

Qeyd edək ki, məsaməli beton məmulatları dünyanın 50-dən çox ölkəsində yerləşən və sayı 200-dən artıq olan zavodlarda istehsal olunur. 
 
 
Müəllif: Aynur Qəniyeva