Azərbaycan 2021-ci ildə iqtisadi azadlıq səviyyəsi üzrə 178 ölkə arasında 38-ci yeri tutaraq, əvvəlki ilə nisbətən 6, 2019-cu illə müqayisədə 22 pillə irəliləyib.
Fins.az xəbər verir ki,bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat yayımlayıb
Məlumata görə, o,"Avropa regionunun 45 ölkəsi arasında 23-cü yerdə olan Azərbaycanın ümumi balı dünya ortalamasından yüksəkdir. Reytinqdə 70,1 balla qiymətləndirilən Azərbaycan “Əsasən Azad” ölkələr kateqoriyasına yüksəlib.Qazanılan uğur Prezident İlhamƏliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl və sistemli sosialiqtisadi islahatların məntiqi nəticəsidir."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva