2021-ci ilin fevral ayı ərzində Milli Depozit Mərkəzi ödəniş agenti qismində ümumilikdə 61 investor üzrə 52 milyon 924 min 29 manat məbləğində kupon ödənişlərini həyata keçirib.
Fins.az Mərkəzə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 10 istiqraz buraxılışı üzrə kupon ödənişlərinin ümumi məbləği 52 milyon 883 min 667 manat, BOKT "Embafinance" QSC-nin 1 istiqraz buraxılışının kupon ödənişinin ümumi məbləği 13 min 750 manat, Bank “BTB” ASC-nin 1 istiqraz buraxılışının kupon ödənişinin ümumi məbləği 562 manat, "Ferrum Kapital" MMC-nin 1 istiqraz buraxılışı üzrə kupon ödənişinin ümumi məbləği isə 26 min 50 manat təşkil edib.