Son 3 ildə gömrük orqanı dövlət büdcəsü üçün əlavə 6 milyard manat toplayıb. Bu uğuru görməyənlər kordurlar
Fins.az xəbər verir ki, "Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası" adlı mətbuat konfransında çıxış edərkən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O bir sıra iqtisadçı-ekspertləri savadsızlıqda günahlandırıb, onların toplama və çıxmanı bilmədiklərini vurğulayaraq bildirib ki, bunun heç bir kökü yoxdur. Heç bir hüquq-mühafizə orqanı komitədə yoxlama aparmayıb. Guya 700 milyon kəsir hesablanıb. Bu, kiminsə siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi. Biz zavod, fabrik deyilik ki, kəsirimiz olsun.
Səfər Mehdiyev gəmçinin "Mən nəticələri təqdim etdim. Son 3 ildə gömrük orqanı dövlət büdcəsü üçün əlavə 6 milyard manat toplayıb. Bu uğuru görməyənlər kordurlar. Bəzi ekspertlər artımı devalvasiya ilə əlaqəndirirlər. Bu nəticələrin daha da yaxşı olması üçün fəaliyyət göstəririk. Nəyi yoxlayırlar? Buyurub gəlib yoxlasınlar. Biz qanunlarla işləyirik. Göstərdik ki, hansı mallar idxaldan azad edilib. Sən necə özündən 8 faiz çıxarıb hesablaya bilərsən?! Toplama-çıxma bilmirlərsə, ən az bizim differensial faizlərə baxsınlar”. -deyə qeyd edib