Naxçıvan istiqamətində, Naxçıvandan Ermənistana bağlanan Sədərək istiqamətində eləcə də Ordubaddan bağlanan Ermənistan istiqamətində və təkrar Zəngilana bağlanan hissələrdə gömrük postları təşkil olunacaq.
Fins.az-ın məlumatına görə bunu, Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası adlı mətbuat konfransında çıxış edərkən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə,İşğaldan azad olunmuş ərazilərdə ticarətin bərpası istiqamətində o bölgədə də ticarətin davam etdirilməsi ilə bağlı ən vacib məslələlərdən biri tranzit potensialının müəyyən edilməsidir.
Səfər Mehdiyev həmçinin "Dövlət Gömrük Komitəsi də o blokda hazırda 3 tərəfli Azərbaycan, Ermənistan və Rusiya Federasiyası ilə birgə bu cür görüşlərin postların yerinin və keçidinin müəyyənləşdirilməsi ilə bağlı komissiyanın bir neçə iclasında iştirak edib.Bu sahədə layihələrin üzərində iş gedir. Həm Naxçıvan istiqamətində həm Ermənistanla digər sahələrdə istiqamətlərdə sərhəd keçid məntəqələrinin müvafiq yerlərində hələki iş getdiyinə görə konkret yerlər barədə dəqiq bir fikir söyləyə bilməyəcəyəm.Onu bilirik ki, bu koridor region dövlətlərinin tranzit potensialını qarşılamaq üçün yeganə ən qısa və ekonomik koridorlardan biridir. Bu baxımdan Naxçıvan istiqamətində Ermənistana bağlayan Sədərək istiqamətində Naçıvandan Ordubaddan bağlanan Ermənistan istiqamətində, Ermənistandan təkrar bağlanan Zəngilan istiqamətində hissəsində gömrük postları təşkil olunacaq.Əlavə məntəqələrin açılma etimalı gündəmdə ola biləcək. Bu sahədə danışıqlar gedir."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva