BİZNES

04 Mart

Səfər Mehdiyev \"Yaşıl Dəhliz\" buraxılış sistemindən istifadə edən şirkətlərin nə qədər vəsait qənaət etdiyini AÇIQLAYIB

Bu günədək, Dövlət Gömrük Komitəsinin "Yaşıl dəhliz" buraxılış sisteminin idxal əməliyyatlarından yararlanmaq üçün ümumilikdə 430 hüquqi və fiziki şəxs icazə əldə edib.

Fins.az xəbər verir ki, bunu " Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası" adlı mətbuat konfransında çıxış edərkən Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu sistemin tədbiqindən yararlanan sahibkarlar ümumilikdə, 25-30 mln.manatlıq qənaət edib. İxrac əməliyyatlarından isə, 235 şirkət iştirakçısı hüququnu əldə edib ki, bu şirkətlərin də ixrac əməliyyatlarında payı 33% təşkil edir. Rəqəm etibarı ilə bu göstərici 4,51 mlrd. dollardan yuxarıdır