RF-nin Bryansk vilayətinin iş adamları Azərbacanda birgə biznesin inkişafında maraqlıdırlar.
Bu barədə RF-nin Azərbaycandakı ticarət nümayəndəliyi məlumat verir.
“Martın 5-dən 25-dək Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin dəstəyi ilə Bryansk vilayətinin müəssisələrinin Azərbaycana biznes missiyası baş tutacaq. Tədbir Azərbaycan Respublikasından olan sahibkarlarla əməkdaşlıqda maraqlı olan şirkətləri birləşdirəcək”, - Ticarət Nümayəndəliyindən məlumat verilib.
Biznes missiyada nəqliyyat, metallurgiya sənayüesi, tikinti sahələrində məşğul olan sahibkarlar iştirak edəcəklər.
Həmçinin məlumat verilib ki, iznes missiya zamanı rusiyalı sahibkarlar üçün məsləhətləşmələr keçiriləcək, müəssisələrə Azərbaycanda kontragent axtarışı və ölkədə biznesin fəaliyyəti üzrə praktiki tövsiyyələr təqdim olunacaq.
Bundan başqa, Azərbaycan və Bryansk vilayətindən olan maraqlanan tərəflər arasında fərdi danışıqlar təşkil ediləcək.
“Bryansk vilayətinin müəssisələri Azərbaycan bazarına çıxış əldə etmək üçşün bütün şansları var və bu biznes missiya Bryansk ixracatçılarına imkanlarını obyektiv surətdə dəyərləndirməyə və Azərbaycan tərəfdaşları üçün daha cəlbedici təklif hazırlamaq imkanı verəcək”, - məlumatda nümayəndəliyin rəhbəri Ruslan Mirsayapovun sözlərindən sitat gətirilir